Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda güzəştli mənzillərin satışına başlanılıb

Bakıda güzəştli mənzillərin satışına başlanılıb

Bugünkü satış zamanı 503 mənzilin seçimində iştirak edənlərin sayı 1472 nəfər olub

 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin ümumilikdə 503 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə aprelin 21-i saat 11:00-da başlanıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. AYNA xəbər verir ki, bu barədə MİDA-dan bildirilib.

 

Məlumatda deyilir ki, bu məqsədlə kompleksin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə 52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243 mənzilin satışı həyata keçirilib.

 

Ölkə Prezidentinin 24.05.2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 503 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

 

Bugünkü satış zamanı 503 mənzilin seçimində iştirak edənlərin sayı 1472 nəfər olub. Bu saata olan məlumata görə, seçilmiş 503 mənzilin 404-ü vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

 

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 26 aprel 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2021-ci il tarixi saat 11:00-a qədər davam edəcək”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az      21 Aprel 2021 16:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin