Əsas səhifə Haqqımızda Xəbər lenti

Britaniya kraliçası yas saxlayır

Britaniya kraliçası yas saxlayır

II Elizabetin 95 yaşını matəm şəraitində keçirir

 

Aprelin 21-də Böyük Britaniya kraliçası II Elizabetin 95 yaşı tamam olur. AYNA xarici mediaya istinadən bildirir ki, sarayın “Tvitter” səhifəsində kraliçanın ad gününü Vindzor qəsrində, həyat yoldaşı şahzadə Filippin vəfatı ilə əlaqədar matəm şəraitində keçirdiyi barədə məlumat yerləşdirilib.

 

“İndiyədək II Elizabet ad gününü ailə daxilində qeyd edirdi, günorta isə Londonda kraliçanın şərəfinə atəşfəşanlıq təşkil olunurdu. Ötən il atəşfəşanlıq koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi, bu il isə onun matəmə görə keçirilməyəcəyi gözlənilir. Matəm rəsmi olaraq aprelin 23-dək davam edəcək”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, kraliçanın əri, şahzadə Filip bir neçə gün öncə vəfat edib.

Müəllif: Ayna.az      21 Aprel 2021 16:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin