Əsas səhifə Haqqımızda Xəbər lenti

"YAŞAT” Fonduna köçürülən vəsaitin məbləği açıqlanıb

"YAŞAT” Fonduna köçürülən vəsaitin məbləği açıqlanıb

Fonda ümumilikdə 32 milyon manatdan artıq vəsait köçürülüb

 

“YAŞAT” Fondu yarandığı gündən 4 istiqamət üzrə fəaliyyətini davam etdirir. Bu fəaliyyətlər çərçivəsində daha 12 qazi bu gün Türkiyəyə yola salınıb. AYNA xəbər verir ki, bu barədə "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

 

Fond rəhbəri qeyd edib ki, bu günə qədər “YAŞAT” tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazilərin sayı 63 nəfər təşkil edir: "Onlardan 7-si artıq sağalaraq Vətənə dönüb, 56 ağır yaralı qazimizin Türkiyədəki müalicəsi davam edir".

 

E. Hüseynovun sözlərinə görə, qazilər o halda ölkə xaricinə aparılır ki, səhiyyə müəssisələri həmin qazinin müalicəsinin ölkə daxilində mümkün olmadığı təsdiqləyir.

 

Fond rəhbəri onu da  deyib ki, bu günə qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb, bu vəsaitin 18 milyonu xərclənib.

Müəllif: Ayna.az      21 Aprel 2021 15:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin