Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanın mədəniyyət naziri koronavirusa yoluxub

Azərbaycanın mədəniyyət naziri koronavirusa yoluxub

Anar Kərimov müalicə olunur və hazırda vəziyyəti stabildir

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

 

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.

Müəllif: Ayna.az      21 Aprel 2021 14:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin