Əsas səhifə Haqqımızda Xəbər lenti

İcra başçısı iki qaziyə vəzifə verdi

İcra başçısı iki qaziyə vəzifə verdi

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı əmr imzalayıb

 

Şamaxı rayonunda daha iki Vətən müharibəsi iştirakçısı dövlət orqanlarında vəzifəyə təyin olunub. AYNA xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib.

 

Qeyd olunub ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə 1996-cı il təvəllüdlü, ali təhsilli əvvəllər RİH başçısının I Çaylı kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliyində baş məsləhətçi-baş mühasib işləmiş Vətən müharibəsi iştirakçısı Rəhimov Aqil Ziyəddin oğlu RİHB-sı aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə böyük məsləhətçi təyin edilib.

 

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının digər əmri ilə 1994-cü il təvəllüdlü, ali təhsilli, Vətən müharibəsi iştirakçısı Rəsulov İlyas Adil oğlu isə RİHB-nın II Cabanı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

Müəllif: Ayna.az      21 Aprel 2021 12:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin