Əsas səhifə Haqqımızda Xəbər lenti

Nazirlik oğurluqla məşğul olan dəstə barədə məlumat yayıb

Nazirlik oğurluqla məşğul olan dəstə barədə məlumat yayıb

Bərdədə evlərə qənim kəsilən dəstə üzvələri saxlanılıblar

 

Bərdə rayonunun bir qrup sakini mart və aprel aylarında Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Araşdırmalarla onların Bərdə şəhər sakini Ramin Cəfərov və Mingəçevir şəhər sakini Mətləb İsayev olduğu müəyyən edilib. Onların birlikdə məişət əşyaları və su motorları oğurlamaqla zərərçəkmiş şəxslərə 3 min manat civarında ziyan vurduğu məlum olub. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az      21 Aprel 2021 12:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin