Əsas səhifə Haqqımızda Xəbər lenti

Qasparyanın səs yazısı yayıldı: “Qarabağda müharibənin 4-cü günü...”

Qasparyanın səs yazısı yayıldı: “Qarabağda müharibənin 4-cü günü...”

Sabiq Baş Qərargah rəisi ilə hökumət arasında qarşıdurma sürətlənir

 

Ermənistan ordusunun sabiq Baş Qərargah rəisi Onik Qasparyanla hökumət arasında qarşıdurma sürətlənir. AYNA erməni mediasına istinadən bildirir ki, bu gün Ermənistan Təhlükəsizlik Şurası Qasparyanın İkinci Qarabağ müharibəsinin dördüncü günü baş tutan iclasdakı çıxışının səs yazısından parçalar yayıb.

 

Səs yazısından məlum olur ki, Qasparyan əməliyyat vəziyyətinin dəyişmədiyini, Azərbaycan Ordusunun irəliləmədiyini bildirir.

 

Bundan əlavə, sabiq Baş Qərargah rəisi bildirir: “Hər halda qoşunlar vəzifələrini yerinə yetirirlər, səhərlər Cəbrayıl istiqamətində kiçik bir əks hücum təşkil etdilər və müvəffəqiyyət qazandılar. Ümumiyyətlə vəziyyət belədir. Tapşırıqlarımızı yerinə yetirməyə davam edirik və sona qədər yerinə yetirəcəyik”.

 

Qeyd edək ki, Qasparyan bu yaxınlarda verdiyi açıqlamada bildirmişdi ki, müharibənin dördüncü günü - 30 sentyabrda Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların dayandırılmasının vacibliyindən danışıb və bildirib ki, əks təqdirdə Ermənistanın resursları çox yaxında tükənəcək. Amma Baş nazir Nikol Paşinyan bunun dediklərinə əhəmiyyət verməyib.

 

Paşinyan isə Qasparyanın müharibənin dördüncü günündə belə danışmadığını söyləyib. Baş nazir parlamentin 14 aprel iclasında deyib ki, Qasparyan Təhlükəsizlik Şirasının iclasında indi dediklərinin tamam əksini söyləyib. Paşinyan qanunun imkan verdiyi qədər iclasın stenoqramından parçalar yayımlanacağına söz vermişdi.

Müəllif: Ayna.az      20 Aprel 2021 14:11
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin