Əsas səhifə Haqqımızda Xəbər lenti

Almaniya “Şimal Axını - 2” layihəsinin tikintisinə qərar verib

Almaniya “Şimal Axını - 2” layihəsinin tikintisinə qərar verib

Merkel: “Berlin enerji sektoru da daxil olmaqla, Moskva ilə ticarəti dəstəkləməlidir”

 

Almaniya Kansleri Anqela Merkel “Şimal Axını – 2” qaz kəməri layihəsinin lehinə seçim etdiyini açıqlayıb. AYNA xəbər verir ki, Almaniya rəhbəri bu barədə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı söyləyib.

 

Merkel deyibh ki, “Şimal Axını - 2” ilə bağlı ziddiyyətləri bilir: “AŞPA-ya üzv dövlətlərin bir çoxunun mövqeyini bilirəm. Avropa Birliyi olaraq bu boru kəmərinə icazə vermək üçün qaz direktivini dəyişdirərək ortaq bir mövqe tapdıq”.

 

Kansler Almaniyanın qaz kəmərinin çəkilişinə qərar verdiyini də əlavə edib: “Bunun siyasi bir mübarizə olduğunu anlayıram. Berlin enerji sektoru da daxil olmaqla, Moskva ilə ticarəti dəstəkləməlidir”.

 

Siyasətçi eyni zamanda, fikir ayrılığına baxmayaraq Rusiya ilə dialoqun davam etdirilməsinə çağırış edib.

 

Qeyd edək ki, Baltik dənizinin dibi boyunca Rusiyadan Almaniyaya “Şimal Axını – 2” qaz kəmərinin 2019-cu ilin sonunda istismara verilməsi gözlənilirdi. Lakin layihənin tamamlanmasına, xüsusilə ABŞ-ın sanksiyayarı mane oldu. Bu səbəbdən Avropa şirkətləri layihəni tərk etməyə başladılar. Layihəyə ABŞ-dan əlavə Litva, Latviya, Polşa və Ukrayna da qarşıdır.

Müəllif: Ayna.az      20 Aprel 2021 13:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin