Əsas səhifə Haqqımızda Xəbər lenti

AFFA yeni yaradılan Super Liqa ilə bağlı bəyanət yayıb

AFFA yeni yaradılan Super Liqa ilə bağlı bəyanət yayıb

Qurum UEFA ilə həmrəy olduğunu və UEFA-nı birmənalı şəkildə dəstəklədiyi bildirilib

 

UEFA aprelin 18-də bəyanat yayaraq bildirib ki, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və Serie A qeyd olunan çempionatlarda çıxış edən bəzi klublar tərəfindən yeni Super Liqanın yaradılmasının elan olunmasının gözlənildiyi barədə məlumat əldə edib. Həmin gün İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real” (Madrid), “Barselona”, “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər. Bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bəyanət yayıb.

 

AYNA AFFA-nın saytına istinadla xəbər verir ki, bəyanatda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klubların FIFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və UEFA-nı birmənalı şəkildə dəstəklədiyi bildirilib.

 

Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. AFFA özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayır.

Müəllif: Ayna.az      20 Aprel 2021 13:06
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin