Əsas səhifə Haqqımızda Xəbər lenti

Şarl Mişel yenidən Gürcüstana səfər edəcək

Şarl Mişel yenidən Gürcüstana səfər edəcək

Gürcüstanla Aİ arasında əlaqələrin gücləndirilməsi ilə bağlı addımlar müzakirə ediləcək

 

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel yenidən Gürcüstana səfər edəcək. AYNA gürcü mediasına istinadən bildirir ki, səfər çərçivəsində Gürcüstanla Aİ arasında əlaqələrin gücləndirilməsi ilə bağlı növbəti birgə addımları müzakirə edəcək.

 

Qeyd edək ki, Şarl Mişel cari il fevralın 28-də Gürcüstana səfər etmişdi. O, Tbilisidə keçirdiyi görüşlərdə Gürcüstandakı siyasi böhranı həll etməyə çalışıb. Sonradan isə onun Avropa Şurasındakı şəxsi nümayəndəsi Kristian Danielson martın 12-də Gürcüstana gəlib. İlk səfərindən Gürcüstanda iqtidar-müxalifət dialoquna nail olmayan nümayəndə martın 19-da ölkəni tərk etmişdi.

 

Martın 29-da isə o, Avropa Şurası sədrinin təşəbbüsü ilə yenidən Gürcüstana qayıtmışdı.

Müəllif: Ayna.az      20 Aprel 2021 10:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin