Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya sülhməramlıları Xankəndi aeroportunda parada hazırlaşır

Rusiya sülhməramlıları Xankəndi aeroportunda parada hazırlaşır

Təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub

 

Xankəndi aeroportunda Rusiya hərbçilərinin 9 may Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. AYNA xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti İkinci Dünya müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.

 

Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.

 

Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir.

 

Ötən il Azərbaycan Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi. Amma qoşunların təmas xəttinə 2 minədək Rusiya hərbçisi yerləşdirildi.

Müəllif: Ayna.az      19 Aprel 2021 15:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin