Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qarabağ”ın məğlubiyyətsiz səfər oyunları davam edir

“Qarabağ”ın məğlubiyyətsiz səfər oyunları davam edir

“Səbail”in qonağı olan Ağdam klubu heç-heçə edib

 

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”in qonağı olan “Qarabağ” məğlubiyyətsiz səfər oyunları seriyasını 15-ə çatdırıb. AYNA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 1:1 hesablı bu heç-heçəyədək rəqib meydanlarında keçirdiyi son 14 görüşün hamısında xal qazanıb.

 

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə sonuncu dəfə 2019-cu il noyabrın 22-də məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüş “Sumqayıt” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

“Qarabağ” 15 səfər oyununun 7-də qələbə qazanıb, 8 oyunu heç-heçə başa vurub. Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən mövsümdə, 11-i isə cari mövsümdə gerçəkləşib.

Müəllif: Ayna.az      19 Aprel 2021 07:16
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin