Əsas səhifə Haqqımızda Xəbər lenti

Onları üz-gözünüzə bulaşdırmayın!

Onları üz-gözünüzə bulaşdırmayın!

Bazar keyfiyyətsiz kosmetika ilə doludur və ya vaxtı keçsə də, brend maldır

 

Gözəllik məhsulları almaq hər bir ailə üçün zəruridir. Pulun çox hissəsi dəri və saç baxımı məhsullarına sərf olunur. Qadınlar dekorativ kosmetik məhsullara da pul xərcləyirlər, baxmayaraq ki, indi pandemiya səbəbindən sosial təcrid səbəbiylə bu xərclər əhəmiyyətli dərəcədə azalıb.

 

Bu məqsədlər üçün xərclər pul kisəsinə bağlıdır - həm 1.5 manata, həm də 40 manat və daha çox məbləğə üz kremləri var, bir üz serumu üçün ortalama 30 manat ödəməlisiniz. Şampunlar, saç balzamları və bədən gellərinin qiyməti bir paket üçün orta hesabla 2,5 manatdan başlayır. Orqanik və dərman kosmetikası, əlbəttə ki, adi məhsullardan çox bahadır.

 

Dekorativ kosmetik məhsullara gəlincə, tuş üçün qiymətlər orta hesabla 8 manatdan, dodaq boyası üçün 5 manatdan, kompakt pudra üçün 10 manatdan başlayır.

 

Ümumiyyətlə, baxımlı bir görünüş və gözəlliyi qorumaq üçün çox pul lazımdır. Ancaq müsbət təsir əvəzinə satın alınan məhsullar bəzən əksinə, mənfi bir nəticəyə gətirib çıxarır və sağlamlığa təhlükə yarada bilər. Söhbət saxta və vaxtı keçmiş mallardan gedir.

 

Qeyd edək ki, tanınmış bir brend və yüksək qiymət keyfiyyət zəmanəti deyil, populyar markalar ən çox tələb olunduğu üçün daha çox saxtalaşdırılır. Beləliklə, ötən günlərdə paytaxtda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) mənşəyi bilinməyən, sənətkarlıq yolu ilə qablaşdırılan saç baxımı məhsulları istehsalçısını və populyar bir markanın çox sayda etiketi və holoqramını müəyyənləşdirdi. Şübhəli şampun tanınmış bir şirkətin məhsulları olaraq buraxılırdı və sosial şəbəkələr vasitəsilə satılırdı.

 

Məhsulların müayinəsi zamanı bu saç baxım məhsulunun keyfiyyətsiz olduğu və bədənə mənfi təsir göstərdiyindən istifadə edilə bilməyəcəyi aşkar edilib. Bu faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1-ci (istehlakçıları aldatma və ya keyfiyyətsiz məhsulların istehsalı və satışı) maddəsi ilə cinayət işi başlanıb.

 

Bizim bazarda saxta məhsullarla yanaşı xaricdən ucuz qiymətə alınan, vaxtı keçmiş kosmetik məhsullar da az deyil. Sosial şəbəkələrdəki müxtəlif qruplarda ən populyar suallardan biri belədir: “Keyfiyyətli kosmetik məhsulları haradan almaq olar?” Bir çoxları satın alınan gözəllik məhsullarının keyfiyyətindən narazılıqlarını bölüşürlər. Vaxtı keçmiş və saxta məhsullara internetdə və hətta paytaxtdakı prestijli mağazalarda rast gəlmək olar.

 

Müştərilərdən biri paytaxtda tanınmış bir parfümeriya mağazasında etdiyi alış-veriş barədə “Facebook”-da yazıb: “Uzun illərdir kosmetik məhsullar alırdım, bir günə qədər istifadə müddətini ştrixkodlarla yoxlamırdım, amma bir dəfə yoxladım və gördüm ki, kosmetik məhsulların çoxunun müddəti bir-iki il əvvəl bitibmiş”.

 

“Uzun müddətdir ki, bütün məhsulları rəsmi saytlardan onlayn olaraq sifariş verirəm. Burada şübhəli mənşəli mallar almaqdansa, bir az axtarmaq, ancaq orijinal aldığınıza əmin olmaq daha yaxşıdır”, - deyə başqa bir müştəri sosial şəbəkədə yazıb.

 

Kosmetik məhsullar dəri ilə təmasda olur və keyfiyyətsizdirsə, həm görünüş, həm də sağlamlıq üçün allergiya, qaşınma, iltihab və digər mənfi nəticələrə səbəb ola bilər.

 

Keyfiyyətsiz bir kosmetik məhsul ya zibil qutusuna göndərilir, ya da istehlakçı bunun üçün pulu qaytarır. İkincisi yalnız qəbzi olan mağazalarda və ya nüfuzuna qiymət verən satıcılardan mümkündür. Ancaq tez-tez məhsul geri qəbul edilmir və əgər onlayn səhifələrdə satın alınarsa, iddia edən alıcı sadəcə bloklanır.

Elçin Qənbərov: Leyla Yunusun antiazərbaycan qüvvələrinin aləti olaraq  Azərbaycanın imicinə zərbə vurmasının şahidi olmuşam

Bir qayda olaraq, vətəndaşlarımız bu cür malların alınması ilə əlaqədar məhkəmələrə müraciət etmirlər. AYNA-nın həmsöhbət olduğu mütəxəssislər də belə müştərilərinin olmadığını deyiblər. Vəkil Elçin Qəmbərovun dediyinə görə, istisna hallar ola bilər, amma onlar çox deyil: “Çünki vətəndaşlarımız məhkəmə çək-çeviri xərclərinin malın qiymətindən baha başa gələcəyinə inanırlar. Ancaq, ümumiyyətlə onlayn satın alınan çox bahalı məhsullarla bağlı müsbət bir tendensiya var. Malı qaytarmaq istəməyən satıcı, müştəri məhkəməyə müraciət edəcəyini və maddi maddələrə əlavə olaraq, hələ mənəvi ziyanı da ödəməli olduğunu bildirəndə, çox vaxt məsələ məhkəmədənkənar həll olunur”.

 

“Keçən il satıcılar tərəfindən keyfiyyətsiz malların onlayn satılması ilə bağlı satıcılarla əlaqə saxladım. Xüsusilə tez-tez paltar alınması ilə əlaqədar problemlər yaranır, yayda isə uşaq hovuzları və digər oxşar məhsullarla”, - deyə Qəmbərov bildirib.

Картинки по запросу

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov AYNA-ya açıqlamasında söyləyib ki, dəfələrlə saxta şərab və araq məhsulları, vaxtaşırı keyfiyyətsiz ət və kosmetik məhsullar da daxil olmaqla, digər keyfiyyətsiz mallar aşkar ediblər: “Təəssüf ki, digər dövlət qurumlarından bu istiqamətdə təsirli bir işləri görüldüyünü müşahidə etmirik. AİB hər ay istehlakçılardan müxtəlif kosmetik məhsulların keyfiyyəti ilə bağlı 2-3 şikayət-zəng alır. Təmasda olduqda gözləri yandırmamalı olan körpələr üçün şampun var. Ancaq keyfiyyətindən şikayət edən bir istehlakçı bunu öz üzərində sınaqdan keçirdiyini qeyd etdi və məlum oldu ki, şampun gözlərinin güclü yanmasına səbəb olub. Uşaqlar isə əksər hallarda problemin nə olduğunu deyə bilmir və çimərkən ağlamağa başlayırlar”.

 

“Təəssüf ki, bu gün ölkədə müvafiq qanunvericiliyin olmasına baxmayaraq istehlakçı hüquqlarının qorunması işi qurulmayıb. Saxta və vaxtı keçmiş kosmetik məhsulların satıldığı mağazaların dəqiq ünvanları ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdik. Və nə cavab aldıq? Onların VÖEN-lərini təqdim etməyimiz istənildi... Amma bu məlumatı haradan əldə edə bilərk? Buna bənzər məlumatları tapmaq elə bu xidmətin işidir. Bir sözlə, dövlət qurumlarının işində hələ də bürokratiya mövcuddur və sinxron fəaliyyət yoxdur. Bəzən rəsmilər təşkilatımızı biznesin inkişafına müdaxilə etməkdə günahlandırırlar, baxmayaraq ki, bu, belə deyil”, - deyə ekspert vurğulayıb.

 

Hüseynovun sözlərinə görə, problem həm də rəsmi distribyutorların Azərbaycan bazarında saxta məhsullarla mübarizə aparmamasıdır: “Bəzi hallarda özləri də bu biznesə paralel olaraq qarışırlar. Proeblemlərdən biri də bir çox gözəllik məhsulunun üzərində istehsal tarixinin və ya son istifadə tarixinin olmamasıdır. Onları yalnız batç-kodla, xüsusi bir vebsayta daxil edərək öyrənə bilərsiniz. Çox vaxt belə bir yoxlama nəticəsində məhsulun isitfadə müddətinin uzun müddət əvvəl bitmiş olduğu məlum olur. Ancaq saytlarda həmişə lazımi məlumatlar olmur, bununla yanaşı, nadir hallarda kimsə mağazadakı batç-kodları yoxlayır və çoxları bunu heç etmir”.

 

AİB rəhbəri bazarda vaxtı keçmiş və saxtalaşdırılmış kosmetik məhsulların payının ən azı 30 faiz olduğunu qeyd edib. O, kosmetik məhsulların satışına nəzarəti gücləndirmək və bununla da istehlakçıların təhlükəli məhsullardan qorunmasını təmin etmək lazım olduğunu vurğulayıb.

Müəllif: Elya Belskaya      20 Aprel 2021 23:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin