Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinin 2020-ci ildəki qazancı açıqlanıb

Putinin 2020-ci ildəki qazancı açıqlanıb
Kreml Putinin nə qədər qazandığını açıqlayıb
 
Rusiya Prezidenti Vladimir Putin keçən il təxminən 10 milyon rubl (132 min dollar) qazanıb.
 
AYNA xəbər verir ki, Kremlin saytında Putinin qazancı ilə bağlı açıqlama verilib. Açıqlamaya görə, Putin 2020-ci ildə təxminən 10 milyon rubl qazanıb. 2019-cu ildəki qazancı isə 9.726 milyon rubl olub.
 
Açıqlamadan məlum olur ki, Putinin 77 kvadrat metrlik bir mənzili və 18 kvadrat metrlik qarajı var. Bundan başqa, Putinin18 kvadrat metrlik qarajı olan 153,7 kvadrat metrlik bir mənzili var və bu mənzil hazırda istifadədədir.
 
Rusiya liderinin iki GAZ 21M (Volga) avtomobili, bir Niva və Skif avtomobil qoşqusu olduğu da açıqlamada yer alıb.
 
Onun 2018-ci ildə təxminən 8.65 milyon rubl, 2017-ci il, 18,7 milyon rubl ilə ən çox gəlir əldə etdiyi il olduğu bildirilib.
 
Baş nazir Mixail Mishustinin də gəliri açıqlanıb. Onun 2020-ci ildə 19,8 milyon rubl qazandığı məlum olub. Hökumətdə ən çox qazanan ticarət naziri Denis Manturov olub. Manturovun 2020-ci ildəki gəliri 740,4 milyon rubl olub.
Müəllif: Ayna.az      18 Aprel 2021 02:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin