Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirusun müalicəsi üçün yeni TƏKLİF

Koronavirusun müalicəsi üçün yeni      TƏKLİF
COVID-19-un zəhərli bitki ilə müalicəsi tövsiyəsi edilib
 
Qırğızıstan rəsmiləri zəhərli turpabənzər kəpənək çiçəyi (Akonitum variegatum) bitkisinin koronavirusa qarşı təsirli olduğunu açıqlayıblar.
 
AYNA xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov sosial media hesabından zəhərli bitkinin şəklini paylaşaraq Qırğızıstan həkimlərinin COVID-19 üçün bir müalicə üsulu üzərində işlədiklərini bildirmişdi. Japarovdan sonra ölkənin səhiyyə naziri Alımkadır Beyşenaliyev mətbuat konfransında sözügedən bitkidən hazırlanan dərmanın COVID-19-a qarşı təsirli olduğunu deyib. Mətbuat konfransı zamanı dərmanı içərək sağlamlığa zərərli olmadığını sübut etməyə çalışıb. 
 
 
O söyləyib ki, zəhərli bitkidən hazırlanan dərman isti halda içilməlidir: “Soyuq halda içilsə, spazm yaranar və ölümlə nəticələnə bilər. İçdikdən sonra soyuqdan qorunmaq lazımdır, soyuq su içmək, dondurma yemək olmaz. Dərman gündə 3-4 stəkan çay kimi içilə bilər”. 
 
Mətbuat konfransında Beyşenəliyev dərmanı içərək sağlamlığa zərərsiz olduğunu göstərməyə çalışıb. Nazir Beyşenaliyev “Əgər indi ölməsəm, bu hazırlanmış dərmanın zərərsiz olduğuna zəmanət olacaq” söyləyib. 
 
Beyşenaliyev sözügedən bitki ilə müalicə metodunun prezident Japarovun atası tərəfindən istifadə edildiyini və bu resepti oğlu ilə bölüşdüyü bildirib. Nazir Beyşenaliyev keçən il Japarovun prezident Sooronbay Ceenbekov COVID-19 xəstələrinin müalicəsində dərmanın istifadəsini təklif etdiyini, lakin təklifin rədd edildiyini qeyd edib.
 
Daha sonra Japarovun o zamanlar sıradan bir həkim olaraq ona müraciət etdiyini bildirən Beyşenəliyev yaxınlarının COVID-19 müalicəsində bu dərmanı istifadə etdiyini və sağaldıqlarını söyləyib.
 
Beyşenaliyev dərmanın xəstələrin immunitet sistemini gücləndirdiyini və həkimlərin bu dərman üçün bir klinik protokol hazırladığını bildirib. Digər tərəfdən mütəxəssislər bitkinin çox zəhərli olduğunu iddia etməyə davam edirlər.
Müəllif: Ayna.az      18 Aprel 2021 08:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin