Əsas səhifə Haqqımızda Xəbər lenti

Cüdoçumuzdan bürünc medal

Cüdoçumuzdan bürünc medal

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur

 

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında komandamız ilk medalını qazanıb.

 

AYNA xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda görüşdə rəqibi Bolqarıstan təmsilçisi Yanislav Qerçev üzərində qələbə qazanıb.

 

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

Müəllif: Ayna.az      17 Aprel 2021 06:45
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin