Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların     SİYAHISI

Araq, tütün məmulatları bahalaşıb, yumurta və xiyar isə ucuzlaşıb

 

2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən AYNA-ya verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin mart ayına nisbətən isə 104,8 faiz təşkil edib.

 

Bildirilib ki, ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoğurt, xama, kəsmik, pendir, kərə və bitki yağları, limon, portağal, naringi, kivi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, kələm, pomidor, yerkökü, çuğundur, balqabaq, kartof, soğan, şəkər və şəkər tozu, konfetlər, çay, mineral sular, limonad, araq, tütün məmulatları bahalaşıb, yumurta və xiyar isə ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.

 

Mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından parçalar, kəsilmiş taxtalar, sement, kərpic, paltaryuyan maşınlar, kondisionerlər, saç üçün şampunlar bahalaşıb.

 

Mobil telefonlar isə ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.

Müəllif: Ayna.az      16 Aprel 2021 15:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin