Əsas səhifə Haqqımızda Xəbər lenti

İstanbul kanalı, beynəlxalq müqavilə və Ərdoğanın gerçək planı

İstanbul kanalı, beynəlxalq müqavilə və Ərdoğanın gerçək planı

“Türkiyə lideri yeni kanal amilindən bəzi ölkələrə, ehtimal ki, Rusiyaya qarşı təzyiq kimi istifadə edir”

 

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Montrö (Montre kimi də səslənir) Konvensiyasının yeni İstanbul kanalına şamil edilməməsini bir daha elan etdi. “İstanbul kanal layihəsi ilə Montrö arasında ən kiçik bir əlaqə belə, yoxdur. Montrö Bosfor boğazına aid bir razılaşmadır. Buna görə yeni kanlla biz öz müstəqilliyimizi, suverenliyimizi əldə edirik”, - deyə “Anadolu” xəbər agentliyi Türkiyə liderinin sözlərini yayınladı.

 

Ərdoğanın İstanbul kanalını yaratmaq niyyəti həm Türkiyənin özündə, həm də dünyada ciddi bir qalmaqala səbəb oldu. Ərdoğanın strateji layihəsinin “Montrö Konvensiyasını basdırdığına” inanılır, bu layihənin həyata keçirilməsi türklərin həm müttəfiqləri, həm də rəqibləri ilə münasibətlərini xeyli pozacaq.

 

SSRİ, Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Yuqoslaviya, Avstraliya və Yaponiyanın İsveçrənin Montrö şəhərində bir konfransda imzaladığı 1936-cı il Montrö Konvensiyasının, Türkiyənin Bosfor və Dardanel boğazları üzərində hüquqlarını, boğazlardan yalnız ticarət gəmiləri üçün keçid azadlığını qoruyaraq, bərpa etdi. Qara dəniz və qeyri-Qara dəniz dövlətlərinin hərbi gəmilərinin keçid rejimi fərqlidir.

 

Beləliklə, Türkiyə səlahiyyətlilərinin əvvəlcədən məlumatlandırılması şərtilə, Qara dəniz hövzəsi dövlətləri sülh dövründə boğazlar vasitəsilə istənilən sinif döyüş gəmilərini keçirə bilər. Qara dəniz hövzəsinə daxil olmayan dövlətlərin hərbi gəmiləri üçün isə əhəmiyyətli dərəcədə sinif və tonaj məhdudiyyətləri tətbiq edilib.

Ərdoğan: “Rusiya-Ukrayna münaqişəsinin sülhlə həllini istəyirik”

İndi isə Ərdoğan tərəfindən 2011-ci ildə ilk dəfə elan edilmiş İstanbul kanalının Bosforun qərbində, Qara və Mərmərə dənizlərini birləşdirən yeni su arteriyasına çevrilmək üçün hazırlanan layihəsi artıq Türkiyə hökuməti tərəfindən təsdiqləndi və həyata keçirilməsinə yaxınlaşan ərəfədə Türkiyə Prezidentinin layihəsinə qarşı kifayət qədər ciddi tənqidlər var ...

 

Ərdoğanın özü 2019-cu ilin dekabrında, İstanbul kanalı üzərindəki dəniz trafikinin Montrö Konvensiyası altına düşməyəcəyini düşündüyünü, bu il 7 apreldə isə Türkiyənin heç bir halda İstanbul kanalı layihəsini həyata keçirməkdən imtina etməyəcəyini söylədi. Və bu günlərdə həmin mövqeyini bir daha təsdiqlədi.

 

Bəs, konvensiya niyə bu qədər şiddətli bir reaksiyaya səbəb olur? O, hər hansı bir yeni kanala aid ediləcək, yoxsa, yalnız Bosfor və Dardanel boğazlarına aiddir? Bu mübahisədə kim haqlıdır - Prezident Ərdoğan, yoxsa müxalifləri?

 

Mövzunu AYNA-ya tanınmış türkiyəli politoloq, “Ankara-Moskva” ekspert şəbəkəsinin aparıcı eksperti Engin Özer şərh edib:

Картинки по запросу

“Anlamalısınız ki, söhbət Bosfor və Dardanel boğazlarından deyil, Mərmərə dənizindən Qara dənizə gəmilərin hansı marşrutdan və ya marşrutlardan keçməsindən gedir. Bu müqavilənin imzalanmasından bu yana 85 il keçir. O dövrdə və bu günə qədər yalnız bir yol var idi - Bosfor və Dardanel, buna görə konvensiyanın müddəaları bu boğazlarla əlaqəli idi.

 

İndi Türk səlahiyyətlilər Bosforu və Dardaneli nisbətən boşaltmaq üçün ikinci bir kanal inşa etmək niyyətindədirlər. Həqiqətən, ildə 25 min gəmi qəbul edilməsi planlaşdırılan Bosfordan, əslində 40 mindən çox gəmi keçir və buna görə də onların bəziləri keçid üçün təxminən bir həftə gözləməli olur.

 

Buna görə, əlbəttə ki, yeni bir kanalın inşası böyük bir zərurətdir, amma daha bir neçə kanal tikilsə belə, hamısı Mərmərə dənizindən Qara dənizə gedən dəniz yolları kimi, qanuni olaraq Montrö Konvensiyasının yurisdiksiyası altına düşür. Bu, heç müzakirə predmeti də deyil.

 

Digər bir məsələ də budur ki, bu konvensiyanın imzalandığı dövrdə gəmilərin tonnajları fərqli idi, bu gün böyük gəmilər tikilib və tonnajla bağlı qaydalar yenidən nəzərdən keçirilə bilər. Həqiqətən, Montrö Konvensiyasına görə, Mərmərə dənizindən Qara dənizə bölgədən xaric ölkələrin hərbi gəmilərinin boğazlardan keçməsi ümumi tonnajlarını 45 min tondan çox olmamaq şərtilə təmin edilir. Yəni Türkiyə tonnajı müəyyən olunmuş normaları aşan gəmilərin keçidinə icazə verməməlidir.

 

Əlbəttə ki, Prezident Ərdoğan özü bunu yaxşı bilir, lakin yeni kanalın amilindən müəyyən ölkələrə, ehtimal ki, Rusiyaya təzyiq vasitəsi kimi istifadə edir. O, hətta Bosforu sıx məskunlaşan İstanbul üçün təhlükəli olduğu üçün bağlaya bilər. Həqiqətən də, Qara dəniz boğazlarında dəfələrlə böyük yanğınlar, neft axınları, gəmilərin toqquşması və digər fövqəladə hadisələr baş verib. Yeni kanal Türk meqapolisini Qara dənizdən Mərmərə və geri qayıdan gəmilərlə bağlı hər hansı bir hadisəni təhdid edən ekoloji və texnogen fəlakətlərdən qoruyacaq.

 

Sonda deyim ki, İstanbul kanalı Egey dənizini Qara dənizlə birləşdirsəydi, Montrö Konvensiyasının yurisdiksiyasına girməzdi, ancaq Mərmərə və Qara dənizləri birləşdirən dəniz yolu suveren və beynəlxalq müqavilələrdən asılı olmaya bilməz. Teoretik olaraq, Türkiyənin Montrödən çıxdığını da elan etmək mümkündür, lakin bunun məhkəmələr də daxil olmaqla ciddi beynəlxalq nəticələri olacaq”.

Müəllif: Mira Həsənova      16 Aprel 2021 20:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin