Əsas səhifə Haqqımızda Xəbər lenti

Lukaşenko “pul məsələsini” niyə açdı: Moskva Bakını şantaj edir?

Lukaşenko “pul məsələsini” niyə açdı: Moskva Bakını şantaj edir?

Mümkündür ki, Putin Lukaşenko ilə Bakının geri çəkilməsi üçün tələblər göndərib

 

Lukaşenkonun Bakıda “Qarabağı pulla almaq” söhbətini açması yersiz idi. Əliyevin “nə istəyirsən danış. Sən artıq hər şeyi danışdın” reaksiyası da bunu göstərir. Batkanın bu addımı səmimiyyətdən daha çox, oyuna bənzəyir.

 

Birincisi, Lukaşenko pərdəarxası danışıqlarla bağlı “çox şey bilirəm” demək istəyir;

 

İkincisi, bu, Ermənistanda Paşinyana qarşı olan, Rusiyanın dəstəklədiyi qüvvələrə pas ötürməkdir: müharibədən sonra 5 milyard məsələsi Nikola qarşı “biz Qarabağı pula satmadıq” kampaniyasının əsasını təşkil edirdi, Lukaşenkonun açıqlamasından sonra eyni kampaniya yenidən başlayıb və bu, seçki öncəsi Moskvanın komandasının əlinə oynayır;

 

Səfərin Belarusun siyasi-iqtisadi hədəflərinə hesablanan tərəfləri məlumdur, hərçənd, Lukaşenkonun səfərdən dərhal sonra Putinə zəng etməsi və hesabat verməsi isə “Moskva Bakını şantaj edir” sualını önə çıxarır.

 

Bakının “İsgəndər” məsələsində israrı, Lavrovun Tehranda “Qarabağla bağlı İranla eyni mövqedəyik” açıqlaması, rusiyalı həmsədrin Minsk Qrupunun “yeni danışıqlar” bəyanatına imza atması, bölgədə baş verənlər Azərbaycan-Rusiya xəttində ciddi gərginliyin olduğunu göstərir.

 

Mümkündür ki, Putin Lukaşenko ilə Bakının geri çəkilməsi üçün tələblər göndərib. Batkanın “Qarabağın pulla alınması” məsələsinin ictimaiyyətləşdirilməsi də rusların Azərbaycana “pərdəarxası məsələləri aça bilərik” şantajı ola bilər.

 

Lukaşenkonun açıqlamasının təkcə Belarus rəsmi media orqanı tərəfindən yayılması da bu kontekstdə diqqət çəkir.

 

Asif Nərimanlı

Müəllif: Ayna.az      15 Aprel 2021 17:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin