Əsas səhifə Haqqımızda Xəbər lenti

Neftin qiyməti bahalaşıb

Neftin qiyməti bahalaşıb

“Azeri Light” neftinin qiyməti 63,5 dolları ötüb

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,77 dollar artaraq 64,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,76 dollar bahalaşaraq 60,95 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar artaraq 63,53 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      14 Aprel 2021 10:46
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin