Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev: “Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”

İlham Əliyev: “Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”

“Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”

 

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilmə planlarına münasibət bildirib. AYNA-nın xəbərinə görə, ölkə başçısı ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib ki, Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur.

 

“Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”, - İ.Əliyev qeyd edib.

 

Prezident vurğulayıb ki, inkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var: “Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq”.

 

Rusiyanın sülhməramlı kontingentinin regionu tərk edəndən sonra nə olacağı barədə suala cavab verən Prezident xatırladıb ki, Azərbaycanın Tovuzda, Zəngilanda Ermənistanla sərhədləri var: “Bizim sərhəd qoşunlarımız Ermənistan tərəfinin bilavasitə yaxınlığındadır. İnsidentlər varmı? Yoxdur. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar. Lakin bizim heç bir hərbi planımız yoxdur”.

 

Dövlət başçısı deyib ki, Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur: “Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Beləliklə, bu stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”.

Müəllif: Ayna.az      13 Aprel 2021 13:34
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin