Xoyskilərə məxsus qızıl Qurani-Kərim İstanbulda qorunur - FOTO

Xoyskilərə məxsus qızıl Qurani-Kərim İstanbulda qorunur -       FOTO

Milli naxışlarla zəngin bu nadir incinin üz qabığı qızıllarla bəzədilib

 

Xan Xoyskilərə məxsus Qurani-Kərim İstanbulda, Fətəli xan Xoyskinin qardaşı nəvəsi Leyla xanımın evində qorunur. 

 

AYNA xəbər verir ki, bu barədə "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı məlumat verib. 

 

Akif Aşırlı öz "Facebook" səhifəsində Leyla xanımla çəkdirdiyi fotonu paylaşaraq bunları yazıb: "Xan Xoyskilərə məxsus Quran İstanbulda Leyla xanımın evində qorunur. Leyla xanım Fətəli xan Xoyskinin qardaşı nəvəsi, İsgəndər xanın qızıdır. Leyla xanımın dediyinə görə, 1920-ci ilin aprelin 28-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra ailələrinə aid Quranı böyükləri Türkiyəyə gətirib. Milli naxışlarla zəngin bu nadir incinin üz qabığı qızıllarla bəzədilib. İstanbulda Leyla xanımın qonağı olan zaman özünün istəyi ilə bu müqəddəs kitabın şəklini cəkdim. İndi isə sizlərə təqdim edirəm"

Akif Aşırlı adlı şəxsin şəkli.

Akif Aşırlı adlı şəxsin şəkli.

Müəllif: Ayna.az      5 Sentyabr 2019 07:43
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin