Əsas səhifə Haqqımızda Xəbər lenti

“El Klasiko”nu “Real” qazanıb

“El Klasiko”nu “Real” qazanıb

"Real Madrid" "Barselona"nı udaraq lider olub

 

İspaniya La Liqasının XXX turunda əzəli rəqiblər “Real”la “Barselona” üz-üzə gəlib.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, çempionluq uğrunda mübarizə aparan komandaların “El Klasiko”su “Alfredo di Stefano” stadionunda keçirilib.

 

Kataloniya klubunun kapitanı Lionel Messi meydana çıxmaqla “El Klasiko”larda ən çox iştirak edən əks tərəfin kapitanı Serxio Ramosa məxsus (45 oyun) rekorda şərik olub. Matça Kərim Benzemanın 13-cü dəqiqədə vurduğu erkən qolla başlayan “kral klubu” birinci hissənin ortalarında (28-ci dəqiqədə) Toni Kroosun cərimə zərbəsi sayəsində fərqi iki topa çatdırıb.

 

“Barselona” 60-cı dəqiqədə Oskar Minquezanın qolu ilə hesab arasındakı fərqi azaltsa da, bərabərlik qoluna gücü çatmayıb. Kasemironun 90-cı dəqiqədə qırmızı vərəqə alması da nəticəyə təsir etməyib.

 

Beləliklə, güclü yağış altında keçirilən görüşdə 2:1 hesablı qələbə qazanan “Real” turnir cədvəlində nəinki əzəli rəqibini geridə qoyub, hətta “Atletiko” ilə xalları bərabərləşdirərək, liderliyə yüksəlib. Aktivində 65 xalla 3-cü sıraya düşən “Barselona” isə liderlərdən 1 xal geri qalır.

Müəllif: Ayna.az      11 Aprel 2021 01:46
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin