Əsas səhifə Haqqımızda Xəbər lenti

"Ukrayna dünyanın diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır"

"Ukrayna dünyanın diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır"

Ərdoğan mətbuat konfransında çıxış edib 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski təkbətək və heyətlərarası görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

 

AYNA “Report"a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan deyib: "Qara dənizin sülh, sabitlik və əməkdaşlığı gücləndirəcək dəniz olması əsas hədəfimizdir".

 

Türkiyə rəhbəri əlavə edib ki, Ukraynanın dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməsində haqlı hesab edir.

 

Ukraynanın Donbas və Krımla bağlı problemlərinə toxunan Türkiyə lideri bildirib ki, mövcud böhranın bu ölkənin vahidliyi, beynəlxalq hüquq normaları və diplomatik üsullar çərçivəsində həll edilməsinin zəruriliyinə inanır.

Müəllif: Ayna.az      10 Aprel 2021 22:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin