Əsas səhifə Haqqımızda Xəbər lenti

Polis daha bir toyu yarımçıq dayandırdı

Polis daha bir toyu yarımçıq dayandırdı

Mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb

 

Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qızılhacılı qəsəbəsində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

 

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Müəllif: Ayna.az      10 Aprel 2021 21:28
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin