Əsas səhifə Haqqımızda Xəbər lenti

Vaksinasiya olunanların sayı açıqlanıb

Vaksinasiya olunanların sayı açıqlanıb

Ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesi davam edir 

 

Azərbaycanda bu gün 41 827 nəfər vaksinasiya olunub.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfər təşkil edib.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 414 230 nəfər təşkil edir.

Müəllif: Ayna.az      10 Aprel 2021 17:53
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin