Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezidentin köməkçisi: “Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir”

Prezidentin köməkçisi: “Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib 

 

“İnformasiya və kommunikasiya sahəsində Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir”.

 

AYNA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Onun sözlərinə görə, qarşıda duran vəzifə informasiya və kommunikasiya sahəsində əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir: “Ölkələrimiz tərəfindən fundamental sənədlər qəbul edilib”.

Müəllif: Ayna.az      10 Aprel 2021 16:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin