Əsas səhifə Haqqımızda Xəbər lenti

"Barselona" futbolçusu ilə razılığa gəlib

"Barselona" futbolçusu ilə razılığa gəlib

Tərəflər hazırda bəzi xırda detalları müzakirə edir

 

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembelenin müqaviləsinin müddətini uzadacaq.

 

AYNA ESPN-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı hücumçu ilə yeni sözləşmə imzalamaq barədə razılığa gəlib. Tərəflər hazırda bəzi xırda detalları müzakirə edir.

 

Qeyd edək ki, Usman Dembelenin klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır. Fransalı oyunçu cari mövsüm 36 oyuna çıxıb, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Ayna.az      10 Aprel 2021 23:33
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin