Əsas səhifə Haqqımızda Xəbər lenti

Goranboyda karantin qaydalarını pozanlar cərimələnib

Goranboyda karantin qaydalarını pozanlar cərimələnib

Sanitar-epidemioloji normalarla profilaktik söhbətlər aparılıb

 

Goranboyda karantin qaydalarını pozaraq ad günü mərasimi keçirənlər cərimələnib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaradağlı kəndində ad günü mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barədə qanunvericiliyə uyğun tədbir görülüb.

 

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejimi qaydaları izah olunub. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Müəllif: Ayna.az      9 Aprel 2021 23:49
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin