Əsas səhifə Haqqımızda Xəbər lenti

Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribatçı adlandırıb

Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribatçı adlandırıb

General: “Onlar xalqı aldadırlar. Bu planlaşdırılmış, adi səfər idi”

 

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov aprelin 8-də Bakıdan İrəvana erməni əsirlərin gətirilməsinin gözlənildiyi barədə yayılmış məlumatları təxribat adlandırıb.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, Ermənistanın "Hraparak.am" saytının əməkdaşı İrəvanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin nə üçün qaytarılmadığı barədə sual verib.

 

Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına cavabında Rüstəm Muradov “Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu planlaşdırılmış, adi səfər idi”, - deyə general-leytenant Bakı və İrəvana səfəri barədə söyləyib.

Müəllif: Ayna.az      9 Aprel 2021 15:27
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin