Əsas səhifə Haqqımızda Xəbər lenti

Kreml Ukrayna ilə sərhədə qoşun yığılmasına aydınlıq gətirib

Kreml Ukrayna ilə sərhədə qoşun yığılmasına aydınlıq gətirib

Dmitri Peskov: “Ukrayna yenidən potensial olaraq çox qeyri-sabit bir ölkəyə çevrilir”

 

Kreml Rusiya qoşunlarının Ukrayna sərhədlərində cəmləşməsi məsələsinə aydınlıq gətirib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında cəmləşməsi səbəbi bu ölkənin partlayış ölkəsinə çevrilməsidir.

 

“Ukrayna yenidən potensial olaraq çox qeyri-sabit bir ölkəyə çevrilir. Əlbətdə, sərhədlərimizdə qeyri-sabit ölkə varsa, sərhədlərimiz yaxınlığında təhlükəli vəziyyət yaranıbsa, təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirlər görəcəyik. Bunu tək Rusiya yox, bütün ölkələr edir”, - Peskov vurğulayıb.

 

Rusiya liderinin sözçüsü onu da deyib ki, Prezident Vladimir Putinin Almaniyanın Baş Kansleri Angela Merkellə dünənki telefon danışığında Rusiya qoşunlarının Rusiya Federasiyası boyunca hərəkət etməsinin Moskvanın daxili işi olduğunu bildirib.

Müəllif: Ayna.az      9 Aprel 2021 14:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin