Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda universitet müəllimi dərs zamanı ölüb

Bakıda universitet müəllimi dərs zamanı ölüb

Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib. AYNA “Report”a istinadən xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman ürəktutmadan dünyasını dəyişib.

 

62 yaşlı müəllim doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.

 

Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.

Müəllif: Ayna.az      8 Aprel 2021 14:16
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin