Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan və Türkiyə birgə əməliyyat-taktiki təlimləri başlayıb - VİDEO

Azərbaycan və Türkiyə birgə əməliyyat-taktiki təlimləri başlayıb -     VİDEO

Təlimlər müxtəlif istiqamətlərdə yerləşən ümumqoşun poliqonlarında keçirilir

 

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

 

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Təlimlər aprelin 9-dək davam edəcək.

Müəllif: Ayna.az      8 Aprel 2021 13:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin