Əsas səhifə Haqqımızda Xəbər lenti

Müəllimlərin işə qəbulunda müsahibə mərhələsinə sənəd qəbulu başlayır

Müəllimlərin işə qəbulunda müsahibə mərhələsinə sənəd qəbulu başlayır

Elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək

 

Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılacaq.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək.

 

Aprelin 13-dən namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

 

Elektron sənəd qəbulu üçün son müraciət tarixi aprelin 14-ü saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

 

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək. Cari müsahibələr başa çatdıqdan sonra apellyasiya prosesinin təşkili nəzərdə tutulur.

Müəllif: Ayna.az      8 Aprel 2021 13:27
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin