Əsas səhifə Haqqımızda Xəbər lenti

YAP-ın yeni Nizamnaməsi hazırlanıb

YAP-ın yeni Nizamnaməsi hazırlanıb

Hakim partiyanın orqanları və strukturu müəyyənləşib

 

Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsi hazırlanıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hazırkı nizamnamə 2021-ci il martın 5-də partiyanın VII qurultayında qəbul edilib.

 

Qurultayda qəbul edilən yeni Nizamnaməsində partiyanın orqanları və strukturunun müəyyənləşməsi də əksini tapıb.

 

Yeni Nizamnaməyə əsasən, partiyanın orqanları aşağıdakılardır:

 

- Qurultay;

 

- Partiyanın Sədri;

 

- İdarə Heyəti;

 

- Təftiş Komissiyası.

 

Partiyanın strukturuna onun Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları daxildir.

Müəllif: Ayna.az      8 Aprel 2021 12:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin