Əsas səhifə Haqqımızda Xəbər lenti

İrəvanda qarşıdurma: hökumət binasına yumurta atıldı - VİDEO

İrəvanda qarşıdurma: hökumət binasına yumurta atıldı -         VİDEO

Aksiyaçılar polis kordonunu yararaq binaya daxil olmağa cəhd göstəriblər

 

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir. AYNA erməni mediasına istinadən bildirir ki, aksiya zamanı etirazçılarla polis arasında qarşıdurmalar olub.

 

Respublika meydanı yaxınlığında yerləşən hökumət binasının qarşısına gələn aksiyaçılar polis kordonunu yararaq binaya daxil olmağa cəhd göstəriblər. Lakin polis etirazçıların qarşısını almağı bacarıb.

 

Bundan sonra etirazçılar, əsasən də qadınlar polis və hökumət binası istiqamətində yumurta atmağa başlayıblar. Təhlükəsizlik qüvvələrinin bir neçə aksiyaçını saxlayıb.

Müəllif: Ayna.az      7 Aprel 2021 15:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin