Əsas səhifə Haqqımızda Xəbər lenti

İrana məxsus gəmidə baş verən partlayış araşdırılır

İrana məxsus gəmidə baş verən partlayış araşdırılır

Partlayışın terror aktı olub-olmaması araşdırmadan sonra bəlli olacaq

 

Eritreya sahilləri yaxınlığındakı İrana məxsus hərbi gəmidə baş verən partlayışın səbəbi araşdırılır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

 

XİN rəsmisi qeyd edib ki, partlayışın terror aktı olub-olmaması araşdırmadan sonra bəlli olacaq.

 

Qeyd edək ki, aprelin 6-da iri ticarət gəmilərini müşahidə edən İrana məxsus həbi gəmidə partlayış baş verib. Partlayışda insan tələfatı olmayıb.

Müəllif: Ayna.az      7 Aprel 2021 13:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin