Əsas səhifə Haqqımızda Xəbər lenti

Magistraturaya ikili diplom proqramına sənəd qəbulu davam edir

Magistraturaya ikili diplom proqramına sənəd qəbulu davam edir

Sənədləri aprelin 20-dək təqdim etmək olar

 

ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, sənədləri aprelin 20-dək təqdim etmək olar. Müsabiqədə bakalavriat səviyyəsinin təhsil, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, təbiət ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

 

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

 

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə Təhsil Nazirliyinin rəsmi saytında yer almış elan vasitəsilə tanış olmaq mümkündür.

Müəllif: Ayna.az      7 Aprel 2021 13:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin