Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Yeddi gün ərzində 4 milyondan çox yeni yoluxma qeydə alınıb

 

Son həftə ərzində dünyada koronavirus qurbanlarının sayı 11 % artıb. AYNA xəbər veri ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

 

Qeyd edilir ki, koronavirusa yeni yoluxma hallarının sayı artır.

 

"Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı ardıcıl altıncı həftədir artır, son həftə ərzində 4 milyondan çox yeni yoluxma qeydə alınıb. Virusdan ölümlərin sayı da həmçinin keçmiş həftə ilə müqayisədə 11 % artıb, 71 mindən çox yeni ölüm qeydə alınıb", - bülletendə qeyd edilir.

 

Təşkilatın məlumatına görə, yeddi gün ərzində cənub-şərqi Asiyada COVID-19-dan ölüm faizinin artımı 46 % təşkil edib. Bu göstərici Şimali və Cənubi Amerikada 15 %, Şərqi Aralıq Dənizi regionu ölkələrində 7 %, Avropada 2 % olub.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az      7 Aprel 2021 05:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin