Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST: Artıq 190 ölkədə koronavirusa qarşı peyvənd vurulur

ÜST: Artıq 190 ölkədə koronavirusa qarşı peyvənd vurulur

COVAX artıq 86 ölkəyə 36 milyon doza peyvənd tədarük edib

 

Koronavirusa qarşı peyvəndləmə artıq 190 dövlətdə başlayıb, 86 ölkə peyvəndi beynəlxalq COVAX mexanizmi vasitəsilə alıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus verib.

 

“Bu ilin əvvəlində bütün ölkələri 2021-ci ilin ilk 100 günündə səhiyyə işçilərini və digərlərini immunizasiya etməyə başlamağa çağırmışdım. Bu həftə həmin 100 günlük müddət başa çatır və 190 ölkə peyvəndləməyə başlayıb. COVAX artıq 86 ölkəyə 36 milyon doza peyvənd tədarük edib, bu həftə onların sayı 100-ə çata bilər”, - o deyib.

Müəllif: Ayna.az      6 Aprel 2021 21:07
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin