Əsas səhifə Haqqımızda Xəbər lenti

Güclü külək 3 rayonda enerji təsərrüfatına ciddi ziyan vurub

Güclü külək 3 rayonda enerji təsərrüfatına ciddi ziyan vurub

Şabran, Xaçmaz və Quba rayonları ərazisində elektrik enerjisi verilişində fasilələr yaranıb

 

Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

 

“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, ölkənin şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilələr yaranıb.

 

Dərhal hadisə yerinə gələn “Azərişıq” ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmir-bərpa işləri davam etdirilir.

Müəllif: Ayna.az      6 Aprel 2021 14:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin