Əsas səhifə Haqqımızda Xəbər lenti

Qəza Bakı-Sumqayıt yolunda böyük tıxac yaradıb - VİDEO

Qəza Bakı-Sumqayıt yolunda böyük tıxac yaradıb -     VİDEO

Avtomobillər saatlarla yolda qalıb

 

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Abşerondan keçən hissəsində qeydə alınıb.

 

Vətəndaş Əli Cavadovun idarə etdiyi DAF markalı 99 RP 745 dövlət qeydiyyat nişanlı yük maşını Quba istiqamətində hərəkətdə olan 99 JZ 732 dövlət qeydiyyat nişanlı yük maşınına arxadan çırpılıb.

Qəza o qədər güclü olub ki, DAF markalı yük maşını daha sonra arakəsmələrə çırpılıb. Maşının ön hissəsi ciddi zərər görüb.

 

Hadisə zamanı Bakı-Quba yolunda böyük tıxac yaranıb. Avtomobillər saatlarla yolda qalıb.

 

Qəza zamanı ölən və ya xəsarət alan olmayıb. Qəza yerinə DYP-nin əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Müəllif: Ayna.az      5 Aprel 2021 17:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin