Əsas səhifə Haqqımızda Xəbər lenti

TƏBİB peyvəndlə bağlı saxta sənəd iddialarına cavab verib

TƏBİB peyvəndlə bağlı saxta sənəd iddialarına cavab verib

“Hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik”

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

 

TƏBİB-dən AYNA-ya bildirilib ki, hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edilir: “Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir. Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə “Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir”.

 

“Onu da bildirək ki, TƏBİB Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla yalnız vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      5 Aprel 2021 15:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin