Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənistan parlamentinin vitse-spikerini zorlamaqla hədələyirlər - Zavallı LENA

Ermənistan parlamentinin vitse-spikerini zorlamaqla hədələyirlər -       Zavallı LENA

“Ax Lena, Lena, Lenoçka... Adi biri deyil, qızıldır - parlamentin vitse-spikeridir. Haradan gəldilər, başımıza haradan düşdülər?!”

 

“Bəlkə indi Türkiyə ilə düşmənçilikdən qurtulma şansımız var. Bu, deyək ki, praqmatik ümumi maraqlar barədə minimal söhbət ola bilər”.

 

Bunu Aravot.am-ın “Qırmızı Xətt” verilişində Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan deyib. “Əslində, bu, konstruktiv addım olacaq. Konstruktiv olmağımıza nə mane olur?” - deyə o bildirib.

 

Nazaryanın sözlərinə görə, seçkilərdən əvvəl parlamentə gəlmək istəyən bütün siyasi qüvvələr Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri mövzusunu gündəmə gətirməli, düşündüklərini və edəcəklərini söyləməlidirlər. Vitse-spiker, ayrıca, ölkənin xarici işlər nazirinin Ermənistanın Türkiyə ilə münasibətlərdə praqmatik və çevik bir yanaşma sərgiləməli olduğuna dair fikirlərini də əlavə edib.

 

Vəziyyətin bu cür ifadəsi həm Nazaryanın özünə, həm də bütün mövcud Ermənistan hökumətinə qarşı proqnozlaşdırılan emosiyaların və təhqirlərin artmasına səbəb oldu. “Ax Lena, Lena, Lenoçka... Adi biri deyil, qızıldır - parlamentin vitse-spikeridir. Haradan gəldilər, başımıza haradan düşdülər? Kimsə yaxşı işləyə bildi ki, Ermənistanda hakimiyyətə belə qüvvələr gəldi”, - deyə “Qolos Armenii” ironiya edir.

 

Hətta, müəllif “Lenaya əlavə şans verməyə” qərar verir. Bunun panika və isteriya qarışığı olduğunu söyləmək hələ heç nə demək deyil. “Qolos Armenii” müəllifi, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması halında nələrin olacağı barədə fərziyyələr yürütməyə başladı. Türk kapitalının Ermənistana dəvət ediləcəyini və Türkiyənin mifik “erməni soyqırımı”nı tanıma tələbindən imtina ediləcəyini xəyal edir.

 

“Ümumiyyətlə, Türkiyə və Azərbaycanla dostluq şansının çox  olduğunu etiraf etməliyik. Mehri üzərindən suveren dəhlizi Bakı və Ankaraya təslim etsək, bu şanslar çoxalacaq. Əslində, niyə yalnız dəhliz? Mehrini - bu “uğursuz”, “boz” şəhəri də təslim edə bilərsiniz... O zaman Türkiyə və Azərbaycanla dostluq şansı yalnız yaxşı deyil, tamamilə gözəl olacaq. Və təsəvvür edin ki, bütün Sünik-Zəngəzuru, Əliyevin dediyi kimi, Azərbaycanın tarixi ərazisini təslim etsək, nə olacaq? O zaman Türkiyə və Azərbaycanla düşmənçilik etməmək şansı sadəcə fantastik olacaq”, - deyə müəllif ironiyasına davam edir.

 

Bu isterikanın apafeozu Lena Nazaryana Türkiyəyə köçüb getmək təklifi oldu. Belə ki, “Armenianreport” nəşri daha da uzağa getdi: “Orada Lenanı böyük məmnuniyyətlə qəbul edə, Türkiyə vətəndaşlığı verə bilərlər ki, vitse-spikerimiz də orada heç bir düşmənçiliksiz-zadsız özünə şanslar qazana bilər”. (Dərhal deməliyəm ki, bu, hələ kifayət qədər yumşaq bir təklif idi).

 

“Hesablaşma vaxtı gəlir” başlıqlı yazı, Moldova millət vəkilinin, oliqarx Vlad Plaxotnyukun sədrliyi ilə Demokratik Partiya (PDM) hakimiyyəti dövründə hərəkətlərindən əziyyət çəkən altı iş adamı tərəfindən intiqam alınaraq təcavüz edildiyi xəbərləri ilə başladı. Məqalədə “Naşa Partiya”-nın rəhbəri Renato Usatının bu barədə TV8-in efirində danışdığı vurğulandı, videonun “YouTube”-da mövcud olduğu bildirildi.

 

“Plaxotnyuk dövründə iş adamlarına çox zərər verən bir millət vəkili var idi. Adını demək istəmirəm, amma bunun necə bitdiyini sizə deyə bilərəm. Altı iş adamı toplandı və sözün əsl mənasında ona zorladılar”, - dedi Usatı. İndiki parlament üzvünün adı da daxil olmaqla, təfərrüatı verməkdən imtina etdi.

 

Həqiqətən də, belə bir xəbər baş verib. Bəs bunun ümumilikdə Ermənistanla və xüsusilə Lena Nazaryanla nə əlaqəsi var? Məlum olur ki, birbaşa dəxli var. Həqiqətən də, “Armenianreport”-dakı məqalə müəllifi “məğlubiyyət ruhunda başqa bir açıqlama eşitdik və bunun kapitulyant Nikol Paşinyanın komandasının üzvlərindən eşitməyimiz təəccüblü deyil”, - deyə əlavə etdi. “Balıq başdan iylənir” ifadəsindən sonra təhdidlərə birbaşa keçid başlayır.

 

“Hədəfimizə çatdığımızda, bu antimilli hökumət devrildikdə hesablaşma zamanı gələcək. Sonra Paşinyanın özü rəhbərlik etdiyi klika yalnız Regionlar Partiyasından olan Ukrayna parlamentarilərinə deyil, adının Renato Usatı tərəfindən  açıqlanmayan Moldova millət vəkilinə də həsəd aparacaq”, - deyə “Armenianreport” yazır.

 

Başqa sözlə, orada vitse-spiker, altı nəfərin iştirakı ilə zorlanmaqla təhdid olunur. Əgər alınsa, təkcə onu yox, hökumətin digər üzvlərini də. Bu, Ermənistandakı “demokratiya”nın, siyasi və mədəni ənənələrin hansı vəziyyətdə mövcudluğunu göstərir...

Müəllif: Əkbər Həsənov      6 Aprel 2021 20:22
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin