Xalq artisti bu gün dünyasını dəyişib
Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
O, Rəmişin bu dəqiqələrdə vəfat etdiyini deyib.
Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin