Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənistan Azərbaycanın mülki vətəndaşlarını öldürməyə davam edir”

“Ermənistan Azərbaycanın mülki vətəndaşlarını öldürməyə davam edir”

Prezidentin köməkçisi: “Ermənistan mina xəritələrini gizlətməklə bərpa prosesinə də mane olur”

 

Minaların ətraf mühitə də ciddi təsiri var, minalar yer altında uzun müddət qaldıqda torpaq kimyəvi çirklənməyə məruz qalır. AYNA bildirir ki, bu sözləri Prezidentin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentinin köməkçisi deyib ki, minaların humanitar təsiri də var, insanların həyatına təsir edir: “Minalar ona görə basdırılır ki, qurbanını tapsın. Mina xəritələrini gizlətməklə Ermənistan Azərbaycanın mülki vətəndaşlarını öldürməyə davam edir. Bu, beynəlxalq hüququn pozulması, hərbi cinayətdir. Biz beynəlxalq təşkilatlara müraciət edirik. Bu, azərbaycanlıların torpaqlarına qayıtmasının qarşısını alır. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də mane olur. Biz ikitərəfli görüşlərdə də bu məsələni qaldırırıq”.

Müəllif: Ayna.az      5 Aprel 2021 11:55
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin