Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda beş yaşlı uşağı avtomobil vurub

Bakıda beş yaşlı uşağı avtomobil vurub

Körpənin vəziyyəti ağırdır

 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

 

Keşlə qəsəbəsində yolu keçən 2016-cı il təvəllüdlü Kərimov Saleh Ramal oğlu yolu keçərkən avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

 

S.Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      5 Aprel 2021 02:07
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin