Əsas səhifə Haqqımızda Xəbər lenti

İzmirdə qanunsuz yolla Avropaya getmək istəyən miqrantlar aşkarlanıb

İzmirdə qanunsuz yolla Avropaya getmək istəyən miqrantlar aşkarlanıb

Miqrantların əksəriyyəti Əfqanıstan və İran vətəndaşlarıdır

 

Türkiyənin İzmir vilayətində yola çıxmaq üzrə olan qəzalı qayıqdan 109 miqrant aşkarlanıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, miqrantların əksəriyyəti Əfqanıstan və İran vətəndaşlarıdır.

 

Onlar qanunsuz yollarla Türkiyə ərazisini tərk edərək Avropa ölkələrinə, xüsusilə İtaliyaya getmək istəyiblər. Qanunsuz miqrantlara köməklik etməkdə şübhəli bilinərək saxlanılan dörd nəfərdən üçü həbs edilib.

 

Aralarında hamilə qadınlar və uşaqların da olduğu miqrantlar ölkələrinə geri göndərilmələri məqsədilə aidiyyatı qurumlara təhvil veriliblər.

Müəllif: Ayna.az      5 Aprel 2021 08:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin