Əsas səhifə Haqqımızda Xəbər lenti

Papa koronavirusla mübarizədə dünyanı həmrəyliyə çağırıb

Papa koronavirusla mübarizədə dünyanı həmrəyliyə çağırıb

“Bütün dünyanı bürüyən koronavirus böhranı xüsusilə yoxsullar üçün ağır keçir”

 

Müqəddəs Pasxa bayramı günündə Roma Papası I Fransisk ənənəvi “Şəhərə və yer kürəsinə” bayram xeyir-duasını artıq ikinci ildir ki, möminlərin iştirakı olmadan oxuyub. AYNA xarici mediaya istinadən bildirir ki, Vatikanda hər il adətən on minlərlə insanın toplaşdığı Müqəddəs Pyotr meydanına pandemiya səbəbindən giriş bağlı olub.

 

Fransisk çıxışında koronavirus pandemiyasının hələ də bütün dünyada tüğyan etdiyini bildirib və insanları ruhdan düşməməyə çağırıb. Qeyd edib ki, bütün dünyanı bürüyən koronavirus böhranı xüsusilə yoxsullar üçün ağır keçir: “Dünyada qlobal böhranın mövcud olmasına baxmayaraq, münaqişələr də sona çatmır. Bütün böhran ocaqları üçün sülh arzulayıram”.

 

“Pandemiya üzərində qələbə qazana bilmək üçün ən təsirli vasitə peyvənddir. Beynəlxalq ictimaiyyəti peyvənd təminatında yaranmış ləngimələri birgə səylər nəticəsində aradan qaldırmağa və xüsusilə də yoxsul ölkələr üçün olmaqla həmrəylik əsasında peyvəndlərin paylanmasına dəstək göstərməyə çağırıram”, - deyə Papa bildirib. 

Müəllif: Ayna.az      4 Aprel 2021 20:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin