Əsas səhifə Haqqımızda Xəbər lenti

Operativ Qərargahdan vaksinasiya barədə AÇIQLAMA

Operativ Qərargahdan vaksinasiya barədə     AÇIQLAMA

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 947 min 745-ə bərabərdir

 

Aprelin 4-də Azərbaycan Respublikasında 22 min 932 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 min 451, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 14 min 481 nəfər olub.

 

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 947 min 745-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 590 min 914, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 356 min 831 nəfərdir.

Müəllif: Ayna.az      4 Aprel 2021 15:51
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin